Azərbaycan Premyer Liqasının XI turundan təxirə salınmış “Sumqayıt” – “Qəbələ” matçının tarixi bəlli olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 30-da olacaq.
"Kapital Bank Arena"dakı görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan matç bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.