“Sumqayıt” rəsmisi: UEFA stadiondakı çatışmazlıqları aradan qaldırmaq üçün konkret vaxt qoymayıb

“Sumqayıt” rəsmisi: UEFA stadiondakı çatışmazlıqları aradan qaldırmaq üçün konkret vaxt qoymayıb UEFA stadiondakı çatışmazlıqları aradan qaldırmaq üçün konkret vaxt qoymayıb. Sadəcə, klub olaraq öhdəlik götürmüşük.
Futbol
28 İyun , 2024 13:59
“Sumqayıt” rəsmisi: UEFA stadiondakı çatışmazlıqları aradan qaldırmaq üçün konkret vaxt qoymayıb

UEFA stadiondakı çatışmazlıqları aradan qaldırmaq üçün konkret vaxt qoymayıb. Sadəcə, klub olaraq öhdəlik götürmüşük.

Bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun mətbuat katibi Zaur Xudiyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun son durumu ilə bağlı danışarkən deyib.

Klub rəsmisi stadiondakı çatışmazlıqların aradan qaldırılması ilə bağlı işlərin davam etdiyini söyləyib:

“Tövsiyələrə uyğun olaraq işlər görülür. Oyun gününə qədər stadion tam hazır olmalıdır. Hazırda görülən işlər turniketlərin quraşdırılması, rəqib azarkeşlər üçün sektorun ayrılması və kənarlardan məhdudlaşdırılmasıdır. Çəkiliş üçün meydanın əks tərəfindən əlavə platforma da quraşdırılmalıdır. Bayraq dirəkləri və bayraqlarla bağlı yenilik olacaq. Əlillər üçün tribunanın hazırlanması da nəzərdə tutulub. Ciddi problemlər yoxdur. İşlər görüldükcə, UEFA rəsmilərinə məlumat verilir. İnşallah, öhdəliyimizi oyun gününə qədər yerinə yetirəcəyik”.

Z.Xudiyev bilet satışı ilə bağlı xüsusi yenilik olmayacağını bildirib:

“Konfrans Liqasının adı elə ən böyük layihədir. Biletlər normal qaydada satışa çıxarılacaq. Yəqin ki, həmişəki kimi onlayn və kassalardan satış olacaq”.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi