"Sumqayıt" dövrələrarası fasilədə növbəti futbolçunun keçidini gerçəkləşdirib.
Klubdan "Report"a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son olaraq Latviyanın "Valmiera" klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.
Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Konfrans Liqasında keçirdiyi 2 matçda da bir dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl braziliyalı vinger Dieqo Kariokanı heyətinə qatıb.