“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacaq.
“Report” xəbər verir ki, bu, Britaniyanın
Proqnoza görə, “qırmızılar”ın İngiltərə çempionu olmaq ehtimalı 69,5 %-dir. “Opta” qeyd edib ki, “Mançester Siti”nin bu turdakı məğlubiyyəti, “Liverpul”un isə qələbəsi Arne Slotun komandasının şansını 9,2 % artırıb.
Xosep Qvardiolanın komandasının mövsümü birinci yerdə bitirmək ehtimalı getdikcə azalaraq 23,3 %-ə düşüb:
“Şəhərlilər”in şansları azalır. 2024/2025 mövsüm başlamazdan əvvəl 82,2 %-dən 11-ci tur sonunda 34,3 %-ə düşən göstərici indi “Opta” superkompüterinin son simulyasiyalarında cəmi 23,3 % çempionluq şansına malikdir. Bu, 11,0 % azalma deməkdir”.
Bundan başqa, superkompüter “Arsenal”ın şansını 6,5 % (+1,5 %), “Çelsi”nin isə 0,6 % (+0,3 %) qədər dəyərləndirib.
Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.