Erməni işğalından azad olunmuş Şuşa və Ağdam şəhərlərinin komandaları Region Liqasında mübarizə aparacaq.
"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi feysbuk səhifəsi xəbər yayıb.
Bildirilib ki, sözügedən klublar 2022/2023 mövsümündən həvəskarlar liqasında çıxış edəcəklər.