Tanınmış futbolçulara hücum edənlərə hökm oxundu

Tanınmış futbolçulara hücum edənlərə hökm oxundu 8 nəfərlik qruplaşmanın üzvləri ümumilikdə 100 ildən çox həbs cəzası alıblar
Futbol
31 Mart , 2021 20:29
Tanınmış futbolçulara hücum edənlərə hökm oxundu

2019-cu ildə Londonda "Arsenal"ın sabiq futbolçuları Mesut Özil və Sead Kolaşinatsı qarət etməyə çalışan cinayətkar dəstənin üzvlərinə hökm oxunub.

"Report" xəbər verir ki, 8 nəfər arasında ən ağır cəza oyunçulara hücum edən Cordan Nortoverə verilib. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.

8 nəfərlik qruplaşmanın üzvləri ümumilikdə 100 ildən çox həbs cəzası alıblar.

Qeyd edək ki, hadisə London şəhərinin şimalında Mesut Özil "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında türk əsilli yarımmüdafiəçinin komanda yoldaşı Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar futbolçulara cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib. Hər iki şəxs aparılan axtarışlardan sonra saxlanılıb.

Mesut Özil hazırda Türkiyə "Fənərbağça"sında, Kolaşinats isə Almaniya "Şalke"sində çıxış edir.

Son xəbərlər

Orphus sistemi