Tanınmış mütəxəssis "Dinamo"nun baş məşqçisi oldu

Tanınmış mütəxəssis "Dinamo"nun baş məşqçisi oldu Ukraynanın "Dinamo" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
23 İyul , 2020 16:28
Tanınmış mütəxəssis Dinamonun baş məşqçisi oldu

Ukraynanın "Dinamo" futbol komandasının yeni baş məşqçisi bəlli olub. 

"Report" Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda rumıniyalı Mirça Luçeskuya tapışırılıb. 

75 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Luçesku bu postda istefaya göndərilmiş Aleksey Mixayliçenkonu əvəzləyib. 

Qeyd edək ki, Mirça Luçesku 2008/2009 mövsümündə Ukrayna "Şaxtyor"u ilə UEFA Kubokunun (hazırkı Avropa Liqası) qalibi olub. Təcrübəli baş məşqçinin son iş yeri Türkiyə millisi olub. 

Son xəbərlər

Orphus sistemi