Stadionun direktoru: "10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək"

Stadionun direktoru: "10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın Şimali Makedoniya"Sileks"ini4:0 hesabı ilə məğlub etdiyi matçın keçirildiyiTofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ideal vəziyyətdə olmayıb.
Futbol
19 Avqust , 2020 15:39
Stadionun direktoru: 10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etdiyi matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü normal vəziyyətdə olmayıb.

Mərkəzi arenanın direktoru Şamil Quliyev "Report"a açıqlamasında məsələyə münasibət bildirib. 

O, ot örtüyündə saralmalar olduğunu və bunu gizlətməyin mümkün olmadığını söyləyib: "Ot örtüyünün saralması mövsümlə bağlıdır. İyulun sonundan avqustun 20-dək belə saralmalar olur. Sizi əmin edirəm ki, bu problem 10-15 gündən sonra aradan qaldırılacaq".

Bir müddət əvvəl Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə ingiltərəli Fil Şarples qulluq edib. Quliyev bildirib ki, ot örtüyünün belə vəziyyətə düşməsi Şarplesin Azərbaycanı tərk etməsi ilə bağlı deyil: "Bildiyiniz kimi, oyun meydançası, otaqlar və köməkçi meydançalar da "Qarabağ" klubuna icarəyə verilib. Orada hər bir şeyə klub cavabdehdir. Meydana quluq edən işçilər də Ağdam təmsilçisinin üzvləridir. Bu problemin növbəti oyuna kimi aradan qaldırılacağına inanmıram, 26-sı bu stadionda matç keçirilməsə, bir dəfə fasilə verilsə, III təsnifat mərhələsinə qədər meydan tam qaydasına düşəcək". 

Direktor Ağdam təmsilçisinin növbəti matçının başqa arenada keçirilmə ehtimalı barədə bunları deyib: "Burada məndən asılı olan bir şey yoxdur. Qərarı klub UEFA ilə razılaşmadan sonra qəbul edir. Mən öz üzərimə düşən vəzifəmi yerinə yetirirəm. 10 gün vaxt verilsə, ot örtüyü özünə gələcək və əvvəlki qaydasına düşəcək. Növbəti matç başqa yerdə olsa, III təsnifat mərhələsində daha rahat oynayacaqlar və meydan tamamilə bərpa olunacaq". 

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində bu gün keçiriləcək "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) oyununun qalibi ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Son xəbərlər

Orphus sistemi