Toni Koskela: "Neftçi" ilk hissədə bizdən üstün oynadı"

Toni Koskela: "Neftçi" ilk hissədə bizdən üstün oynadı" "Rəqib evdəki matçdan fərqli, ilk hissədə bir qədər üstün oynadı və yaxşı müdafiə olundu. İkinci yarıda bəzi dəyişikliklərlə boşluqları doldurduq".
Futbol
13 Avqust , 2021 09:38
Toni Koskela: Neftçi ilk hissədə bizdən üstün oynadı
Toni Koskela

"Rəqib evdəki matçdan fərqli, ilk hissədə bir qədər üstün oynadı və yaxşı müdafiə olundu. İkinci yarıda bəzi dəyişikliklərlə boşluqları doldurduq".

"Report"un məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) komandasının baş məşqçisi Toni Koskela evdə "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis ilk hissədə sürətin aşağı olduğunu bildirib: "Ön xətt oyunçuları arxaya daha çox gəlir, müdafiəçilərə kömək edirdilər. Buna baxmayaraq, meydanın mərkəzində təşəbbüsü ələ almağa və topla daha çox oynamağa çalışırdıq".

Baş məşqçi pley-offdakı rəqibləri olan Türkiyə "Fənərbağça"sından da söz açıb: "Düşünürəm ki, futbolçularıma Məsud Özilin videolarını göstərmək lazım deyil. Onu yaxşı tanıyan oyunçularımız var. Elə vəziyyətdəyik ki, itiriləsi heç nəyimiz yoxdur. İdmanın ən gözəl cəhətlərindən biri də öz bacarığını sınamaqdır".

Son xəbərlər

Orphus sistemi