"Tottenhem"in iki futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib

"Tottenhem"in iki futbolçusu "Qarabağ"la oyundan əvvəl zədələnib İngiltərənin "Tottenhem" klubunun iki futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I tur oyunundan əvvəl zədələnib.
Futbol
19 Sentyabr , 2024 11:03
Tottenhemin iki futbolçusu Qarabağla oyundan əvvəl zədələnib
Vilson Odeber

İngiltərənin "Tottenhem" klubunun iki futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl zədələnib.

"Report" xəbər verir ki, bunlar yarımmüdafiəçi Vilson Odeber və hücumçu Timo Vernerdir.

Hər iki oyunçu ötən gün "Koventri Siti"ni 2:1 hesabı ilə məğlub etdikləri Liqa Kuboku matçında sıradan çıxıb.

Baş məşqçi Angelos Postekoqlu qarşılaşmadan sonra mətbuat konfransında açıqlama verib. O, Odebarın durumunun ciddi olduğunu söyləyib, Vernerin isə vəziyyətinin hələlik bəlli olmadığını söyləyib.

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi