"Tottenhem" klubunun yeni baş məşqçisi bəlli olub

"Tottenhem" klubunun yeni baş məşqçisi bəlli olub İngiltərə "Tottenhem"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Futbol
1 Noyabr , 2021 18:51
Tottenhem klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə "Tottenhem"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalistlər Nikola Skira və Fabritsio Romano şəxsi tvitter səhifələrində paylaşım ediblər.

Onların hər ikisi Antonio Kontenin London klubunun sükanı arxasına keçəcəyini yazıb. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Onun illik qazancı isə 15 milyon avro olacaq.

Təyinatın yaxın saatlarda açıqlanacağı bildirilib. Hətta komandanı sabahkı məşqə Kontenin çıxaracağı gözlənilir.

Qeyd edək ki, Antonio Konte bu vəzifədə istefaya göndərilən Nunu Eşpiritu Santunu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi