Türkiyə Almaniya ilə, İspaniya Portuqaliya ilə qarşılaşacaq

Türkiyə Almaniya ilə, İspaniya Portuqaliya ilə qarşılaşacaq Bu gün bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçirəcək.
Futbol
7 Oktyabr , 2020 13:12
Türkiyə Almaniya ilə, İspaniya Portuqaliya ilə qarşılaşacaq

Bu gün bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçirəcək. 

"Report"un məlumatına görə, Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən Lüksemburqun, Kiprin və Monteneqronun da matçı olacaq. Onlar müvafiq olaraq Lixtenşteyn, Çexiya və Latviyanı qəbul edəcəklər. 

2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olacaq. Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gələcək. 

Son dünya çempionu Fransa Ukraynanı qəbul edəcək. Avropanın digər nəhəng komandalarından İtaliya Moldovanı, Niderland Meksikanı sınağa çəkəcək. 

Yoldaşlıq görüşləri: 

20:00. Kipr - Çexiya

20:00. Monteneqro - Latviya

22:15. Lüksemburq - Lixtenşteyn

22:45. Almaniya - Türkiyə 

22:45. İtaliya - Moldova

22:45. Niderland - Meksika

22:45. Polşa - Finlandiya

22:45. Portuqaliya - İspaniya

22:45. İsveçrə - Xorvatiya

23:00. Fransa - Ukrayna

Son xəbərlər

Orphus sistemi