Türkiyənin "Beşiktaş" futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.
"Report"un məlumatına görə, Superliqanın son çempionu bununla bağlı feysbuk səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.
Fotonun üzərində isə bu sözlər yazılıb: "Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun".
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu bu münasibətlə ölkəmizə təbrik ünvanlayıb.
Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun.
— Şampiyon Beşiktaş JK (@Besiktas)#Azerbaycan103Yaşında pic.twitter.com/uSxMIs34qN May 28, 2021