Türkiyənin peşəkar futbol liqalarında azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır.
"Report" Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.
TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.