Türkiyənin "Bursaspor" klubu futbolçusu Namik Ələskərovla bağlı paylaşım edib.
"Report" xəbər verir ki, sosial şəbəkə hesablarında 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinin formasında fotosunu yayımlayan I liqa klubu İrlandiya yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə matçında ona uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.