Türkiyə Super Liqasında çıxış edən daha bir klub baş məşqçisi ilə yollarını ayırıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Kayserispor" Yalçın Koşukovakı istefaya göndərib.
Buna komandanın mövsümün ilk turunda səfərdə "Altay"a 0:3 hesabı ilə uduzması səbəb olub.
Qeyd edək ki, daha əvvəl "Kasımpaşa" klubu baş məşqçisi Şenol Canla vidalaşıb.