UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Makkabi" (Təl-Əviv) komandasına uduzan Türkiyənin "Sivasspor" klubu İsraildə problemlə üzləşib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda matç başa çatandan sonra hava limanına gedib, lakin uçuş təyin olunan vaxtda gerçəkləşməyib.
Klub üzvləri 2 saat orada gözləməli olub. "Sivasspor" səlahiyyətli nümayəndələrin sistemi bağladığını, qarşı tərəf isə komandanın hava limanına gec gəldiyini bildirib.
Türkiyə təmsilçisi hava limanına vaxtında çatdığını, lakin 43 nəfərdən ibarət heyətlə yalnız bir işçinin məşğul olduğunu bəyan edib. "Sivasspor" səhər saatlarında Türkiyəyə çatıb.
Bölgə təmsilçisinin prezidenti Mecnun Otyakmaz baş verən hadisəni rüsvayçılıq adlandırıb.
Qeyd edək ki, "Sivasspor" "Makkabi"yə 0:1 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.