Türkiyənin "Denizlispor" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.
"Report" I Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 18 nəfərin testi müsbət çıxıb.
Onlardan 8-nin futbolçu olduğu açıqlanıb.
Denizli klubu yanvarın 8-də "Bandırmaspor"a qarşı keçirməli olduqları XIX tur oyununun təxirə salınması üçün federasiyaya müraciət edib.