Türkiyənin "Yozqatspor 1959" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, III liqa təmsilçisinin 16 üzvündə infeksiya aşkarlanıb.
Viursa yoluxanların 12-si futbolçu, 3-ü məşqçi, biri isə masajçıdır.
Qeyd edək ki, virus aşkarlanan şəxslərin hamısı karantinə alınıb.