Türkiyənin "Rizespor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu istefa verib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis "Başakşehir"ə 0:2 hesabı ilə uduzduqları XXVI tur oyunundan sonra postundan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edib. Rize təmsilçisi 26 oyuna 23 xalla 18-ci pillədə qərarlaşıb.