Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Rizespor" klubunun yeni baş məşqçisi açıqlanıb.
"Report" xəbər verir ki, Qaradəniz təmsilçisi Marius Sumudikaya tapşırılıb.
Rumıniyalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, bu postda Stepan Toması əvəzləyib.
Qeyd edək ki, "Rizespor" 19 turdan sonra 21 xalla 16-cı pillədə qərarlaşıb.