Türkiyə kuboku: "Fənərbağça" çətin qələbə ilə 1/8 finalda

Türkiyə kuboku: "Fənərbağça" çətin qələbə ilə 1/8 finalda Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin daha 5 oyunu keçirilib.
Futbol
16 Dekabr , 2020 23:55
Türkiyə kuboku: Fənərbağça çətin qələbə ilə 1/8 finalda

Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinin daha 5 oyunu keçirilib.

"Report"un məlumatına görə, "Fənərbağça" doğma meydanda II liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Meydan sahibləri 29-cu dəqiqədə azlıqda qalıblar. Qapıçı Altay Bayındır qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, İstanbul klubu çətin qələbə sayəsində 1/8 finala vəsiqə əldə edib.

Qeyd edək ki, bugünkü matçlardan sonra "Fənərbağça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə ölkə kubokunda mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi