Türkiyə millisinin daha bir futbolçusu koronavirusa yoluxub.
"Report"un məlumatına görə, Fransa "Lill"ində çıxış edən Yusuf Yazıcının COVID-19 testi müsbət çıxıb.
24 yaşlı yarımmüdafiəçi evində karantinə alınıb. O, bir neçə ay əvvəl də koronavirusa yoluxduğu üçün təcrid edilmişdi.
Bununla da yığmanın virusa yoluxmuş oyunçularının sayı 14-ə yüksəlib.