Türkiyə millisinin baş məşqçisi: Belə turnirlərdə hesablama aparmaq lazım deyil

Türkiyə millisinin baş məşqçisi: Belə turnirlərdə hesablama aparmaq lazım deyil Belə turnirlərdə hesablama aparmaq lazım deyil. Nə qədər irəliləyirsinizsə, yaxşı rəqiblər gəlir.
Futbol
27 İyun , 2024 03:36
Türkiyə millisinin baş məşqçisi: Belə turnirlərdə hesablama aparmaq lazım deyil

Belə turnirlərdə hesablama aparmaq lazım deyil. Nə qədər irəliləyirsinizsə, yaxşı rəqiblər gəlir.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Çexiyaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

İtalyan mütəxəssis turnirin bundan sonra daha fərqli olacağını söyləyib: "Bu uğura görə çox şadam. Hamımız çox xoşbəxtik. 1/8 finaldakı rəqib Avstriyanı tanıyırıq. Hər kəsin belə revanş ruhuna sahib olması məni sevindirir. Mən də buna inanıram. Ancaq bundan sonra kim gəlir-gəlsin, fərq etməz. Komanda çox yaxşı oyun keçirdi. Xüsusən də fiziki cəhətdən mükəmməl idik. Sona qədər mübarizə aparmayan futbolçu tapa bilməzsiniz. Sona qədər döyüşən komandamız var. Yaxşı hazırlaşacağıq. Bundan sonra daha fərqli yarış başlayır".

Qeyd edək ki, F qrupunda baş tutan Çexiya - Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. Çexiya isə sonuncu pilləni tutaraq Avropa çempionatında mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi