Türkiyə millisinin və İngiltərə "Everton"unun futbolçusu Cenk Tosun qış fasiləsində komandasını dəyişəcək.
"Report" AD nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən 29 yaşlı hücumçu karyerasını Niderland Erediviziyasında davam etdirəcək.
İddiaya görə, "Feyenoord" təcrübəli forvardı icarəyə götürmək istəyir. Klub 2020/2021 mövsümünün sonunda isə onu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm İngiltərə Premyer Liqasında cəmi 4 oyunda meydana çıxıb.