Türkiyə millisinin sabiq hücumçusu Namik Ələskərovun baş məşqçisi olub

Türkiyə millisinin sabiq hücumçusu Namik Ələskərovun baş məşqçisi olub Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub.
Futbol
24 Avqust , 2021 12:24
Türkiyə millisinin sabiq hücumçusu Namik Ələskərovun baş məşqçisi olub
Fatih Tekke

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" əyalət təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, "timsahlar" Fatih Tekkeyə tapşırılıb.

44 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Mustafa Eri əvəzləyib.

Tekke 1997 - 2007-ci illərdə Türkiyə millisinin formasını geyinib. Keçmiş hücumçu yığmanın heyətində 32 oyuna 9 qol vurub.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərov avqustun 14-də "Bursaspor"la iki illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi