Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Rizespor" komandası baş məşqçi Marius Şumuditsa ilə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Marius Şumuditsa "Rizespor"a yanvarın 19-da baş məşqçi təyin edilmişdi. Rumıniyalı mütəxəssis yanvarın 10-da "Qaziantep" komandasından da ayrılmışdı.