Türkiyə Superliqasında komanda sayı artırıldı

Türkiyə Superliqasında komanda sayı artırıldı 2021/2022 mövsümündə Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq.
Futbol
10 Sentyabr , 2020 21:14
Türkiyə Superliqasında komanda sayı artırıldı

2021/2022 mövsümündə Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.

70 yaşlı funksioner bildirib ki, 2020/2021 mövsümün sonunda 21 klubdan 4-ü elitanı tərk edəcək. Əvəzində isə I liqadan 3 komanda yüksək dəstəyə çıxacaq və Super Liqa iştirakçılarının sayı 20 olacaq.

Qeyd edək ki, Türkiyə çempionatında yeni mövsümə sabah "Rizespor" - "Fənərbağça" matçı ilə start veriləcək.

Koronavirus pandemiyası səbəbdən bu mövsüm Super Liqada 21 komanda iştirak edəcək. Bunadək yerli çempionatda klub sayı 18 idi.

Son xəbərlər

Orphus sistemi