Türkiyə Superliqasında yeni baş məşqçi təyinatı reallaşıb.
"Report" xəbər verir ki, "Kasımpaşa" komandası yerli mütəxəssis Hakan Keleşlə anlaşıb.
Müqavilənin müddəti barədə məlumat verilməyib.
O, son olaraq ötən mövsüm "Konyaspor" klubunun uğurları üçün çalışıb.
Qeyd edək ki, turnir cədvəlində "Kasımpaşa" 14 xalla 9-cu sırada qərarlaşıb.