Türkiyə Xorvatiya ilə, Niderland İspaniya ilə üz-üzə gələcək

Türkiyə Xorvatiya ilə, Niderland İspaniya ilə üz-üzə gələcək Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoxlama oyununda üz-üzə gələcəklər.
Futbol
11 Noyabr , 2020 07:45
Türkiyə Xorvatiya ilə, Niderland İspaniya ilə üz-üzə gələcək

Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

"Report"un məlumatına görə, ümumilikdə 19 qarşılaşma təşkil ediləcək. Azərbaycan millisi səfərdə Sloveniyanın qonağı olacaq. Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək. Lüksemburq isə Avstriya ilə üz-üzə gələcək.

Türkiyə yığması İstanbulda Xorvatiyanı qəbul edəcək. Günün mərkəzi görüşü isə Amsterdamda gerçəkləşəcək. Niderland və İspaniya komandaları üz-üzə gələcək.

Yoldaşlıq görüşləri
18:45. Yunanıstan - Kipr
19:00. Albaniya - Kosovo
21:00. Norveç - İsrail
21.00. Rumıniya - Belarus
21:00. Monteneqro - Qazaxıstan
21:00. San Marino - Latviya
21.00. Litva - Farer adaları
21:00. Malta - Lixtenşteyn
21:30. Bolqarıstan - Cəbəllütariq
21:45. Türkiyə - Xorvatiya
22:30. Danimarka - İsveç
23:30. Lüksemburq - Avstriya
23:45. Sloveniya - Azərbaycan
23:45. Portuqaliya - Andorra
23:45. İtaliya - Estoniya
23:45. Belçika - İsveçrə
23:45. Polşa - Ukrayna
23:45. Almaniya - Çexiya Respublikası
23:45. Niderland - İspaniya

00:10. Fransa - Finlandiya

Son xəbərlər

Orphus sistemi