Türkiyədə futbol hakimləri arasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, daha 3 referinin analiz nümunələri müsbət çıxıb.
Onlardan ikisinin aşağı, birinin isə regional liqada idarəçilik etdiyi bildirilib. Hər 3 referi 14 gün ərzində karantində qalacaq.
Qeyd edək ki, Türkiyədə bundan əvvəl 6 hakim koronavirusa yoluxub.