Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
"Report" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Ferhat Gündoğdu təyin olunub. O, oktyabrın 21-də istefaya göndərilmiş Serdar Tatlını əvəzləyib.
Yunus Yıldırım, Ahmet Şahin, Sebahattin Şahin, Hakan Sivriservi, Kamil Abitoğlu, Nihat Mızrak, Hikmet Öksüzoğlu və Serdar Çakıroğlu isə komitəyə üzv seçiliblər.