Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) avrokubokun 2020/21 mövsümündə beş əvəzetmə imkanını saxlamaq istəyir.
Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.
Qeyd edilir ki, bu qərarın sentyabrın 24-də qəbul ediləcəyi gözlənilir.
Həmçinin bildirilir ki, təşkilat Millətlər Liqasının 2021-ci ilin payızına təxirə salınması məsələsini müzakirə edib.