UEFA Avropa Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək İngiltərənin "Tottenhem" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarının ev oyunlarının yerini dəyişib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş Londonda, cavab matçı isə Zaqrebdə keçiriləcək.
UEFA daha əvvəl birinci qarşılaşmanın Xorvatiyanın paytaxtında olacağını açıqlamışdı.
Qeyd edək ki, oyunlar 11 - 18 martda gerçəkləşəcək.