UEFA Azərbaycanda oynamış məşhur futbolçunu seçdi

UEFA Azərbaycanda oynamış məşhur futbolçunu seçdi UEFA rəsmi tvitter səhifəsində səsvermə başladıb.
Futbol
15 Yanvar , 2021 15:03
UEFA Azərbaycanda oynamış məşhur futbolçunu seçdi
Maykl Essyen

UEFA rəsmi tvitter səhifəsində səsverməyə başlayıb.

"Report"un məlumatına görə, sorğuda Çempionlar Liqasında (ÇL) oynamış Afrikanın 4 əfsanəvi futbolçusu yer alıb.

Onların arasında "Səbail"in sabiq futbolçusu Maykl Essyen də var.

Hazırda Danimarkanın "Norşellan" klubunda işləyən 39 yaşlı mütəxəssis Afrikanın ÇL-də oynamış ən yaxşı oyunçusu nominasiyasında Samuel Eto O, Didye Droqba, Nvankvo Kanu ilə mübarizə aparır.

Qeyd edək ki, Maykl Essyen 2011/2012 mövsümündə İngiltərənin "Çelsi" klubu ilə Çempionlar Liqasının qalibi olub. Qanalı keçmiş yarımmüdafiəçi 2007/2008 mövsümündə eyni komanda ilə gümüş medal əldə edib.

Son xəbərlər

Orphus sistemi