UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ilk oyun günü başa çatıb - YENİLƏNİB

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ilk oyun günü başa çatıb - YENİLƏNİB 2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start verilib.
Futbol
18 Sentyabr , 2024 00:59
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ilk oyun günü başa çatıb  - YENİLƏNİB

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ilk oyun gününə 6 qarşılaşma ilə yekun vurulub.

“Report” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Liverpul” (İngiltərə) səfərdə “Milan”a, (İtaliya) “Bavariya” (Almaniya) doğma meydanda “Dinamo”ya (Zaqreb, Xorvatiya) qalib gəlib.

"Real" (Madrid, İspaniya) "Ştuttqart"dan (Almaniya) güclü olubsa, “Sportinq” (Portuqaliya) “Lill” (Fransa) üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1

“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3

“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

22:43

2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start verilib.

"Report"un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin ilk iki oyununda "Yuventus" (İtaliya) evdə PSV-ni (Niderland) 3:1, "Aston Villa" (İngiltərə) isə səfərdə "Yanq Boys"u (İsveçrə) 3:0 hesabı ilə məğlub edib.

Azarkeşlər saat 23:00-da başlayacaq daha 4 qarşılaşmanın şahidi olacaqlar.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

"Yuventus" (İtaliya) - PSV (Niderland) 3:1

"Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə) 0:3

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00. "Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi