UEFA azərbaycanlı hakim Rəhim Həsənova təyinat verib.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq "Proqress"inin Avropa Liqasının I təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş FIFA referisinə həvalə edilib.
Matçın yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov olacaq. 4-cü hakim vəzifəsini isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 26-da oynanılacaq.