Oyun vaxtı beyin silkələnməsi keçirən futbolçunun yerinə, əvəzetmə sayından asılı olmayaraq, yeni oyunçu daxil ola biləcək.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Yeni qərar sınaq məqsədilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada (2019-2021) təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq olunacaq.