UEFA Gənclər Liqası: "Qəbələ" böyük hesabla uduzub

UEFA Gənclər Liqası: "Qəbələ" böyük hesabla uduzub “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Futbol
29 Sentyabr , 2021 18:52
UEFA Gənclər Liqası: Qəbələ böyük hesabla uduzub

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionundakı görüş "qırmızı-qaralar"ın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qonaqların heyətində qolları 15 və 59-cu dəqiqələrdə Nik Koster, 54-cü dəqiqədə Lüis Şouten və 78-ci dəqiqədə Ro-Zangelo Daal vurublar.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi