UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
"Report"un məlumatına görə, bu ad uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar İngiltərə "Vulverhempton"unun qapıçısı Ruy Patrisiu, İspaniya "Sevilya"sının müdafiəçisi Serxio Regilon, Danimarka "Kopenhagen"inin hücumçusu Yonas Vinn və Ukrayna "Şaxtyor"unun forvardı Junior Moraesdir.
Qalibin adı qitə futbol qurumunun saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Qeyd edək ki, "Vulverhempton" 1/8 final mərhələsində Yunanıstan "Olimpiakos"unu (1:1, 1:0), "Sevilya" İtaliya "Roma"sını (2:0), "Kopenhagen" Türkiyə "Başakşehir"ini (0:1, 3:0), "Şaxtyor" isə Almaniya "Volfsburq"unu (2:1, 3:0) mübarizədən kənarlaşdırıb.