"Sabah" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandası ilə üz-üzə gəlib.
"Report"un məlumatına görə, Macarıstandakı "Varkert" stadionunda baş tutan qarşılaşma Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Bayquşlar"ın heyətində 61-ci dəqiqədə Safranko hesabı açıb. 78-ci dəqiqədə Cesse Sekidika "Sabah"ın üstünlüyünü iki topa çatdırıb. Yekun hesabı isə 88-ci dəqiqədə adını tabloya yazdıran Xəyal Əliyev müəyyənləşdirib.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda keçiriləcək.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında üçüncü qol vurulub
"Report" xəbər verir ki, Macarıstandakı "Varkert" stadionunda bakılılar 3:0 hesabı ilə önə keçib.
Final fitinə 2 dəqiqə qalmış Xəyal Əliyev fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında ikinci qol vurulub
"Report" xəbər verir ki, Macarıstandakı "Varkert" stadionunda bakılılar rəqibi növbəti dəfə məyus edib. - 2:0.
78-ci dəqiqədə Cesse Sekidika adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında hesab açılıb.
"Report" xəbər verir ki, Macarıstandakı "Varkert" stadionunda bakılılar hesabda önə çıxıb - 1:0.
61-ci dəqiqədə Safranko fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Macarıstandakı "Varkert" stadionunda hesab açılmayıb.
Görüşü belçikalı baş hakim Natan Verboomen idarə edir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında ilk hissə yekunlaşıb.
"Report" xəbər verir ki, Macarıstandakı "Varkert" stadionunda hesab açılmayıb.
Görüşü belçikalı baş hakim Natan Verboomen idarə edir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçı start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma Macarıstandakı "Varkert" stadionunda keçirilir.
Görüşü belçikalı baş hakim Natan Verboomen idarə edir.