"Zirə" UEFA Konfrans Liqasına böyükhesablı qələbə ilə start verib - YENİLƏNİB - 5

"Zirə" UEFA Konfrans Liqasına böyükhesablı qələbə ilə start verib - YENİLƏNİB - 5 UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb. "Report" xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir. Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.
Futbol
25 İyul , 2024 22:22
Zirə UEFA Konfrans Liqasına böyükhesablı qələbə ilə start verib - YENİLƏNİB - 5

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb.

"Report" xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-ci dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51-ci və 53-cü dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

21:44

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda daha iki qol vurulub.

"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu ikinci hissədə rəqibini daha iki dəfə məyus edib - 4:0.

51-ci və 53-cü dəqiqələrdə David Volkov vurduğu qollarla dubl müəllifi olub.

21:35

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu öndədir - 2:0.

29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

21:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu öndədir - 2:0

29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

21:03

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçında ardıcıl iki qol vurulub.

"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu rəqibini iki dəfə məyus edib.

29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.

20:30

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.

Son xəbərlər

Orphus sistemi