UEFA nümayəndəsi: "Təəccübləndim ki, Azərbaycan və futbolu necə inkişaf edib"

UEFA nümayəndəsi: "Təəccübləndim ki, Azərbaycan və futbolu necə inkişaf edib" FIFA-nın təklifi var ki, bütün 55 ölkənin maraqlarını müdafiə edək. Ümidvaram ki, məhsuldar müzakirələr davam etdiriləcək və sonda hamını qane edəcək qərarlar qəbul olunacaq.
Futbol
2 Fevral , 2022 11:16
UEFA nümayəndəsi: Təəccübləndim ki, Azərbaycan və futbolu necə inkişaf edib

FIFA-nın təklifi var ki, bütün 55 ölkənin maraqlarını müdafiə edək. Ümidvaram ki, məhsuldar müzakirələr davam etdiriləcək və sonda hamını qane edəcək qərarlar qəbul olunacaq.

"Bura ilk səfərim 15 il əvvələ təsadüf edib. Həmin vaxt sizin ofis və akademiyanın, stadionların açılışı idi. Bu dəfə bura gələndə çox təəccübləndim ki, ölkə və futbol necə inkişaf edir".

"Report"un məlumatına görə, bunu AFFA-nın Növbəti Konfransında iştirak edən UEFA nümayəndəsi Jozef Kliment deyib.

Slovakiyalı funksioner bildirib ki, Azərbaycanda görülmüş işləri iki sözlə ifadə etmək üçün inkişaf və sabitlikdən istifadə etmək olar: "Təkcə futbol infrastrukturunu deyil, eyni zamanda köhnələn idman qurğularını bərpa edirsiniz. Eyni zamanda futbol ailəsinin çox tanınmış üzvlərindən oldunuz".

Kliment Azərbaycanda futbol oynamaq istəyənlərin sayının artdığı söyləyib: "Qarabağ" ilk dəfə Çempionlar Liqasında iştirak edib və bu il də belə bir uğurlu missiyanı davam etdirir. Milli komandaların uğurlarını gözləyirsiniz. Əminəm ki, bu da olacaq və siz futbolun inkişaf zirvəsinə ucalacaqsınız. Slovakiya 30 illik müstəqillikdən sonra 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Kiçik ölkə olsaq da, çalışmalıyıq ki, hər bir kiçik uğura sevinək".

Son xəbərlər

Orphus sistemi