UEFA prezidenti: "AVRO-2020-ni səbirsizliklə gözləyirəm"

UEFA prezidenti: "AVRO-2020-ni səbirsizliklə gözləyirəm" "2021-ci il çətin, yeni sınaqlarla dolu il olacaq. Amma bizim vəzifəmiz nikbin qalmaq, daima optimal həll yolları axtarmaq və heç vaxt təslim olmamaqdır".
Futbol
4 Fevral , 2021 13:08
UEFA prezidenti: AVRO-2020-ni səbirsizliklə gözləyirəm
Aleksander Çeferin

"2021-ci il çətin, yeni sınaqlarla dolu il olacaq. Amma bizim vəzifəmiz nikbin qalmaq, daim optimal həll yolları axtarmaq və heç vaxt təslim olmamaqdır".

"Report" xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının (RFS) onlayn konfransında çıxışı zamanı deyib.

Sloveniyalı funksioner bildirib ki, bu il Avropa çempionatının keçirilməsi ilə əlamətdar olacaq: "Buna görə sevincliyəm və turnirin başlamasını səbirsizliklə gözləyirəm. Futbol birdir və bizi birləşdirir"

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi