UEFA prezidenti: "Maradonanın vəfatı məni çox kədərləndirdi"

UEFA prezidenti: "Maradonanın vəfatı məni çox kədərləndirdi" UEFA prezidenti Aleksander Çeferin dünya futbolunun əfsanələrindən Dieqo Maradonanın ölümünə münasibət bildirib.
Futbol
25 Noyabr , 2020 22:06
UEFA prezidenti: Maradonanın vəfatı məni çox kədərləndirdi
Aleksander Çefer

UEFA prezidenti Aleksander Çeferin dünya futbolunun əfsanələrindən Dieqo Maradonanın ölümünə münasibət bildirib.

"Report" xəbər verir ki, sloveniyalı funksioner qurumun rəsmi saytına açıqlamasında bu xəbərdən məyus olduğunu söyləyib.

"Dünya futbolunun ən böyük və rəmzi simalarından biri olan Dieqo Maradonanın vəfatı məni çox kədərləndirdi. O, öz dahiliyi və xarizması ilə ecazkar oyunçu kimi əbədiyyata qovuşdu", - Çeferin deyib.

Qeyd edək ki, Maradona bu gün 60 yaşında ürək tutmasından ölüb.

Dahi futbolçu "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında çıxış edib. O, Argentina yığmasının heyətində 91 oyun keçirib, 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Argentina milli komandasına başçılıq edib.

Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi.

Son xəbərlər

Orphus sistemi