UEFA prezidenti: "Avropa çempionatı daha az ölkədə keçirilə bilər"

UEFA prezidenti: "Avropa çempionatı daha az ölkədə keçirilə bilər" "Sloveniyalı funksioner deyib ki, Avropa çempionatı 12 əvəzinə 11 ölkədə keçirilə bilər: "Bu, 8, 5 və ya 1 ölkə ola bilər"
Futbol
16 Oktyabr , 2020 13:35
UEFA prezidenti: Avropa çempionatı daha az ölkədə keçirilə bilər
Aleksander Çeferin

"Həmişə vəziyyəti izləyirik, amma Avropa çempionatının baş tutacağına tam əminik. Yarışı olduğu kimi keçirməyi planlaşdırırıq".

"Report" xəbər verir ki, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "Movistar+" nəşrinə açıqlamasında 2021-ci ildəki Avropa çempionatının şəhərlərinin sayının koronavirusa görə azaldılma ehtimalına münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner deyib ki, Avropa çempionatı daha az ölkədə keçirilə bilər: "Deyə bilərəm ki, AVRO-2020-ni 12 əvəzinə 11 ölkədə də keçirə bilərik. Bu say 8, 5 və ya 1 ölkə də ola bilər".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi