UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş baş hakimi 2025-ci ilə qədər diskvalifikasiya edib

UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş baş hakimi 2025-ci ilə qədər diskvalifikasiya edib UEFA "Qarabağ"ın avrokubok oyununu idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.
Futbol
26 Oktyabr , 2024 13:05
UEFA Qarabağın avrokubok oyunlarını idarə etmiş baş hakimi 2025-ci ilə qədər diskvalifikasiya edib

UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.

"Report" xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Bartoş Frankovski 2019-cu ildə "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə Fransanın "Marsel" komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.

Son xəbərlər

Orphus sistemi