UEFA "Qarabağ"ın şikayətini rədd etdi

UEFA "Qarabağ"ın şikayətini rədd etdi UEFA "Qarabağ" klubunun sabiq Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.
Futbol
29 Yanvar , 2021 09:10
UEFA Qarabağın şikayətini rədd etdi

UEFA "Qarabağ" klubunun sabiq Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib.

Nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.

Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.

Xatırladaq ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi