UEFA "Qəbələ"yə təzminat ödədi

UEFA "Qəbələ"yə təzminat ödədi Həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb
Futbol
30 Mart , 2021 12:17
UEFA Qəbələyə təzminat ödədi

UEFA "Qəbələ" klubuna 5 000 avro ayırıb.

"Report"un məlumatına görə, bu məbləğ "qırmızı-qaralar"ın Gənclər Liqasında 2020/21-ci il mövsümünün 1/64 final mərhələsində iştirakı zamanı səyahət və yerləşdirmə xərcləri üçün ayrılıb.

Həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Qəbələ" klubunun U-19 komandası martın 4-də UEFA Gənclər Liqasının 1/64 finalında Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gəlməli idi. Lakin UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyası ilə əlaqədar turniri ləğv edib.

Xatırladaq ki, "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov "Report"a açıqlamasında turnir ləğv olunduğu üçün ziyana düşdüklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi