UEFA reytinqi: Azərbaycanın futzal millisi ili 7-ci pillədə başa vurub

UEFA reytinqi: Azərbaycanın futzal millisi ili 7-ci pillədə başa vurub UEFA futzal üzrə milli komandaların 2021-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.
Futbol
29 Dekabr , 2021 11:59
UEFA reytinqi: Azərbaycanın futzal millisi ili 7-ci pillədə başa vurub

UEFA futzal üzrə milli komandaların 2021-ci il üçün son reytinq cədvəlini açıqlayıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, hesabında 2015 xal olan Azərbaycan millisi yeddinci pillədə qərarlaşıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə bir pillə geriləyib.

Siyahıya 2493 xalla İspaniya millisi başçılıq edir. Rusiya 2464 xalla ikinci, Portuqaliya isə 2450 xalla üçüncü sırada yer alıb.

Son xəbərlər

Orphus sistemi